“Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb" - Vaqif Dərgahlı

17:40 13.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya bu gün atəşkəs rejimini pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviş Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə erməni KİV-inin yaydığı məlumatları qətiyyətlə təkzib edib.

Bu barədə hafta.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

“Azərbaycan Ordusu Qarabağda atəşin dayandırılması barədə 2020-ci il 10 noyabrda əldə olunmuş üçtərəfli razılaşmaya qəti şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən atəşkəsin pozulması halı baş verməyib, - deyə V. Dərgahlı vurğulayıb.